“Qarabağ”ın hücumçusu mövsümə başqa klubda BAŞLAYACAQ

“Qarabağ”ın hücumçusu mövsümə başqa klubda BAŞLAYACAQ

Hazırda oxunan: “Qarabağ”ın hücumçusu mövsümə başqa klubda BAŞLAYACAQ

258866

Son mövsümü "Zirə"də keçirmiş Rüstəm Əhmədzadə "Qarabağ"ın yay toplanışına cəlb edilib.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun planlarına daxil olmayan 24 yaşlı futbolçunun komandanı tərk edəcəyi gözlənilir.

Əhmədzadənin icarəyə verilməsi də gündəmdədir. "Qarabağ" ciddi təklif olacağı təqdirdə, onun azad agent kimi ayrılmasına da icazə verəcək. Premyer Liqa klublarının maraq dairəsində olan Əhmədzadənin Polşaya yollanmaq ehtimalı da var.

Futbolçu yeni mövsümə harada başlayacağına qərar vermək üçün variantları götür-qoy edir.

Qeyd edək ki, millimizin də üzvü olan Rüstəmin "Qarabağ"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Zirka”, “Podolye”, “Minay” komandalarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO