Sabirabadın 6 kəndində qaz kəsiləcək

Sabirabadın 6 kəndində qaz kəsiləcək

Hazırda oxunan: Sabirabadın 6 kəndində qaz kəsiləcək

258856

Sabah saat 10:00-dan Sabirabad rayonunun 6 kəndinin təbii qaz təchizatı dayandırılacaq.

Bu barədə Bizim.Media Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, fasilə diametri 225, 160, 110 mm-lik PE orta təzyiqli “Azadkənd-Salmanlı” və “Azadkənd-Cəngən” yeraltı daşıyıcı qaz kəmərləri və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədardır.

Odur ki, sınaq işləri başa çatanadək Sabirabad rayonunun Çığırğan, Xankeçən, Cəngən, Çiçəkli, Muğangəncəli, Salmanlı kəndlərində (ümumi 1 610 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO