Məşhur idmançı pəncərədən yıxılaraq ÖLDÜ

Məşhur idmançı pəncərədən yıxılaraq ÖLDÜ

Hazırda oxunan: Məşhur idmançı pəncərədən yıxılaraq ÖLDÜ

258848

Yaponiyada xizəklə tramplindən tullanmada ölkəni təmsil etmiş 19 yaşlı Asahi Sakano ölüb.

Bizim.Media xəbər verir ki, "Nordic Magazine"in məlumatına əsasən, faciə iyulun əvvəlində Yaponiyanın Sapporo şəhərinin Çuo rayonunda baş verib.

Hadisənin detalları açıqlanmasa da, gənc idmançının yaşayış binasının pəncərəsindən yıxıldığı məlumdur. O, dərhal xəstəxanaya çatdırılıb, lakin aldığı ağır xəsarətlər səbəbindən həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Asahi Sakano 2022-2025-ci illər arasında dörd dəfə gənclər arasında dünya çempionatında iştirak etmişdi. 2023-cü ildə qarışıq komanda yarışında gümüş medal qazanan yığmanın tərkibində yer almışdı. 2024-cü ilin yanvarında isə Sapporoda Dünya kuboku mərhələsində debüt etmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO