Sırski: “Ukrayna Kursk və Belqorod vilayətlərində mövqelərini bərpa etdi”

Sırski: “Ukrayna Kursk və Belqorod vilayətlərində mövqelərini bərpa etdi”

Hazırda oxunan: Sırski: “Ukrayna Kursk və Belqorod vilayətlərində mövqelərini bərpa etdi”

258822

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, ölkənin müdafiə qüvvələri Rusiyanın Kursk və Belqorod vilayətlərində əvvəlki mövqeləri bərpa edib və hazırda həmin ərazilərin nəzarətdə saxlanılması davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə o, Ali Baş Komandanlıq Qərargahının iclasında çıxış edərkən danışıb.

Onun sözlərinə görə, sərhədboyu ərazilərdə Rusiya ordusunun böyük bir qruplaşması neytrallaşdırılır: “Düşmən orada rahatlıq tapmayacaq”.

Sırski bildirib ki, iclas zamanı Pokrovsk və Novopavlovsk istiqamətlərində düşmənin dərinliyə doğru irəliləməsinin qarşısının alınmasına və Dnepropetrovsk vilayətinin inzibati sərhədlərinə çıxmamasına xüsusi diqqət yetirilib.

Baş Komandan qeyd edib ki, ən gərgin bölgələrə Pokrovsk, Liman, Novopavlovsk və Şimal-Slobojan istiqamətləri daxildir:

“Bu bölgələrdə gün ərzində 188-ə qədər döyüş olub və Rusiya tərəfi minlərlə canlı qüvvə itirib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO