Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlunun cənazəsi ötən gün axşam saatlarında Türkiyədən Azərbaycana gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Teleqraf"a mərhumun dostu Samir Xəttab məlumat verib.
Samir Xəttab Ruslan Əhmədoğlunun bu gün günorta saatlarında Pirşağıdakı ailə qəbiristanlığında torpağa tapşırılacağını bildirib.
S.Xəttab dostunun ölüm səbəbindən də danışıb.
O deyib ki, Ruslan Əhmədoğlu ailəsi ilə birlikdə Türkiyədə istirahətdə olarkən dənizdə bu hadisə baş verib:
"Dənizdə olarkən ayağından qıcolma keçirib, bu səbəbdən təşvişə düşüb. Nəticədə ciyərlərinə duzlu su dolub və komaya düşüb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Ruslan Əhmədoğlu ailəlidir və iki övladı var.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:20 / 08.07.2025
Azərbaycanlı bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI
Hazırda oxunan: Azərbaycanlı bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI
Hazırda oxunan: Azərbaycanlı bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI
258775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.