Bakıda ağır QƏZA: Maşında sıxılı qalan sürücü belə xilas edildi - VİDEO

Bakıda ağır QƏZA: Maşında sıxılı qalan sürücü belə xilas edildi - VİDEO

Hazırda oxunan: Bakıda ağır QƏZA: Maşında sıxılı qalan sürücü belə xilas edildi - VİDEO

258753

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BYD” markalı sərnişin avtobusu ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Qazel” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.


Xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Məmmədov Etibar Qasım oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO