Tramp dünyanı yeni qərarı ilə şoka saldı – Siyahıda qardaş ölkə də var

Tramp dünyanı yeni qərarı ilə şoka saldı – Siyahıda qardaş ölkə də var

Hazırda oxunan: Tramp dünyanı yeni qərarı ilə şoka saldı – Siyahıda qardaş ölkə də var

258751

ABŞ prezidenti Donald Tramp 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək yeni ticarət tariflərinin tətbiqi ilə bağlı 14 ölkəyə rəsmi bildiriş göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ hakimiyyəti məlumat yayıb.

İlk bildirişləri alanlar arasında Yaponiya baş naziri Siqeru İsiba və Cənubi Koreya prezidenti Li Çje Men olub. Onlara ABŞ-a idxal edilən bütün məhsullara 25 faizlik tarifin tətbiq ediləcəyi bildirilib.

Daha sonra Malayziya, Qazaxıstan və Cənubi Afrika Respublikası hökumətləri 30% tariflərlə, Laos və Myanma isə 40% gömrük rüsumları ilə bağlı məlumatlandırılıb.

Eyni gün ərzində Tramp aşağıdakı ölkələrin liderlərinə də məktub göndərib:

Tunis – 25%, Bosniya və Herseqovina – 30%, İndoneziya – 32%, Banqladeş və Serbiya – 35%, Kamboca və Tailand – 36%.

Tramp xəbərdarlıq edib ki, bu ölkələrin hər hansı cavab tədbiri (əks tarif və ya iqtisadi məhdudiyyətlər) ABŞ tərəfindən eyni dərəcədə əlavə tariflərlə cavablandırılacaq. Eyni zamanda o, bu ölkələrə alternativ təklif də irəli sürüb – istehsal müəssisələrini ABŞ ərazisində yerləşdirmək.

Ağ Evdə keçirilən mətbuat konfransında Tramp bildirib ki, bu qərar “qəti” olsa da, “100 faizlik yekun deyil” və əgər qarşı tərəfdən “maraqlı təkliflər” daxil olsa, nəzərdən keçirilməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO