General-polkovnik Xəlil Arslanova 17 il həbs verildi

General-polkovnik Xəlil Arslanova 17 il həbs verildi

Hazırda oxunan: General-polkovnik Xəlil Arslanova 17 il həbs verildi

258739

235 saylı Qarnizon Hərbi Məhkəməsi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini, general-polkovnik Xəlil Arslanovu 17 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə məhkum edib.

Bizim.Media xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Arslanov general-polkovnik rütbəsindən və dövlət mükafatlarından məhrum edilib, ona əlavə olaraq 24,5 milyon rubl cərimə cəzası verilib.

Qeyd edək ki, cinayət işi Rusiya Cinayət Məcəlləsinin 159.4-cü (xüsusilə böyük miqdarda dələduzluq) və 290.6-cı (xüsusilə böyük miqdarda rüşvət alma) maddələri üzrə açılıb. 

Məhkəmə materiallarına əsasən, Arslanov Baş Qərargahın Rabitə Baş İdarəsinin rəisi vəzifəsində çalışarkən portativ radiostansiyaların alınması zamanı sənədləri süni şəkildə şişirdilmiş qiymətlərlə təsdiqləyərək 6,7 milyard rubl mənimsəyib.

Arslanov ittihamları əsassız adlandıraraq bildirib ki, radiostansiyalara bazar qiyməti tətbiq edilə bilməz, çünki onlar yalnız hərbi ehtiyaclar üçün təchiz olunur.

Bu iş üzrə digər təqsirləndirilən şəxslər – Silahlı Qüvvələrin idarəetmə sisteminin texniki əsaslarının təkmilləşdirilməsi üzrə sifarişlər idarəsinin keçmiş rəisi polkovnik Pavel Kutaxov və hərbi təqaüdçü İqor Yakovlev də xüsusilə külli miqdarda dələduzluqda təqsirli biliniblər. Onlar müvafiq olaraq 7 və 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO