Araz Abdullayev bölgə klubuna KEÇİR

Araz Abdullayev bölgə klubuna KEÇİR

Hazırda oxunan: Araz Abdullayev bölgə klubuna KEÇİR

258701

Premyer Liqaya vəsiqə qazanan “Karvan” transfer çalışmalarını davam etdirir.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib.
 

Yevlax klubu Araz Abdullayevlə anlaşıb. Millimizin sabiq üzvü ilə bir müqavilə bağlanıb. Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.


Qeyd edək ki, Abdullayev karyerası ərzində Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Sumqayıt” və “Zirə” kimi klublarda çıxış edib. 33 yaşlı yarımmüdafiəçi bu günə qədər Premyer Liqada 192 oyun keçirib və 29 qol vurub.

Millimizin sabiq üzvü son olaraq ötən mövsüm Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunda oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO