Məlumat verildiyi kimi, 22 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri cəlb olunub.
Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının və ətraf əraziyə vura biləcəyi böyük ziyanın qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.
Yanğın nəticəsində 4 hektar sahədə quru ot, kol-kos, şam ağacları və quru ağac kötükləri yanıb. Sıx ağaclıq sahə, yaxınlıqdakı infrastruktur və ictimai-iaşə obyektləri yanğından mühafizə olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Müki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb olunub.
MÖVZU İLƏ BAĞLI:
Ekologiya postu yaxınlığında dəhşətli YANĞIN
Həyata keçirilən operativ tədbirlət nəticəsində qısa zamanda yanğının ətrafa yayılmasının qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.
Bizim.Media