Birinci Qarabağ müharibəsində itkin düşən üç hərbçinin qalıqları Kəlbəcərə gətirilib – FOTO/VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşən üç hərbçinin qalıqları Kəlbəcərə gətirilib – FOTO/VİDEO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsində itkin düşən üç hərbçinin qalıqları Kəlbəcərə gətirilib – FOTO/VİDEO

258177

Birinci Qarabağ müharibəsində itkin düşən üç Kəlbəcər sakininin qalıqları ailələrinə təhvil verilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Kəlbəcər rayonunun Taxtabaşı kənd sakinləri olan hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlunun qalıqları Kəlbəcər şəhərinə gətirilib.
 

Hazırda şəhidlərlə vida mərasimi keçirilir. Qalıqlar bu gün Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcək.


Bu, işğaldan azad ediləndən sonra Kəlbəcərdə ilk dəfn mərasimidir.

Qeyd edək ki, hər üç şəxs 1993-cü il martın 27-də Kəlbəcərin Çıraqlı kəndi istiqamətinfə itkin düşüblər.
















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO