ABŞ və İran gələn həftə Osloda nüvə danışıqlarını bərpa edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məsələdən xəbərdar olan iki mənbənin məlumatına görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçi ilə Norveçin paytaxtında görüşməyi planlaşdırır. Görüşün məqsədi nüvə proqramı ilə bağlı dialoqun bərpasıdır.
Nəşr qeyd edib ki, hazırda görüş rəsmi şəkildə təsdiqlənməyib və dəqiq tarix müəyyən olunmayıb.
Əgər danışıqlar baş tutarsa, bu, prezident Donald Trampın İranın nüvə obyektlərinə genişmiqyaslı zərbələrə icazə verməsindən sonra tərəflər arasında ilk birbaşa təmas olacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:08 / 03.07.2025
ABŞ və İran Osloda nüvə danışıqlarını bərpa edə bilər
Hazırda oxunan: ABŞ və İran Osloda nüvə danışıqlarını bərpa edə bilər
Hazırda oxunan: ABŞ və İran Osloda nüvə danışıqlarını bərpa edə bilər
258050
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.