Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar hesabat-seçki yığıncağı keçirilib.
Bizim.Media xəbər verir ki, yığıncaqda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Paşayevin başqa işə keçməsi ilə əlaqədar növbədənkənar hesabat-seçki yığıncağının keçirilməsinə zərurətin yarandığını bildirib, H.Paşayevə Mərkəzi Seçki Komissiyasının üzvü kimi gələcək fəaliyyətində uğurlar arzu edib.
Müzakirələrin yekunu olaraq Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Həmkarlar İttifaqı Komitəsinin 11, Təftiş komissiyasının isə 5 nəfərdən ibarət tərkibi müəyyənləşib.
Partiyanın Mərkəzi Aparatının Maliyyə-təsərrüfat şöbəsi müdirnin müavini Qara Qarakişiyev YAP Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Yığıncaqda həmçinin, YAP Həmkarlar İttifaqının daimi komissiyaları formalaşdırılıb.
Bizim.Media
![YAP-ın Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi - FOTO YAP-ın Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi - FOTO](https://bizim.media/file/articles/2021/06/22/1624363931_hey1.jpg)
- A-
- A
- A+
Siyasət
16:10 / 22.06.2021
YAP-ın Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi - FOTO
Hazırda oxunan: YAP-ın Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi - FOTO
Hazırda oxunan: YAP-ın Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi - FOTO
25800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.