Ələt hava limanı bu tarixdə FƏALİYYƏTƏ BAŞLAYACAQ

Ələt hava limanı bu tarixdə FƏALİYYƏTƏ BAŞLAYACAQ

Hazırda oxunan: Ələt hava limanı bu tarixdə FƏALİYYƏTƏ BAŞLAYACAQ

257750

Ələt Azad İqtisadi Zonasında multimodal karqo hava limanının inşası ilə bağlı investorlarla razılaşmışıq. Bu layihənin icrasına artıq başlanılıb və 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.
 

Onun sözlərinə görə, hava limanı illik 500 min ton yükaşırma potensialına malikdir və rəqəm 2 milyon tona qədər artacaq.


“Əsas məqsəd investorları cəlb etmək və ixracı inkişaf etdirməkdir. Ələt İqtisadi Zonasında bu il iki fabrik açacağıq. On şirkət artıq qeydiyyatdan keçməkdədir”, - deyə İsmayıl Manafov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO