Şirvanda kafedə əxlaqsızlıq yuvası AŞKARLANDI

Şirvanda kafedə əxlaqsızlıq yuvası AŞKARLANDI

Hazırda oxunan: Şirvanda kafedə əxlaqsızlıq yuvası AŞKARLANDI

257688

Şirvan şəhərində kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, şəhər sakini Elçin Aslanov (soyad şərtidir) Şirvan şəhərindəki "Çardaq" kafesini icarəyə götürüb.
 

O, icarəyə götürdüyü kafenin əvvəlki icarədarı olan qadını isə obyektə ofisiant qoyub. O, kafenin yanında ayrıca otaq inşa etdirərək, həmin ofisiant qadını ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmağa vadar edib, hər müştəridən 50 manat alıb.


Bir müddətdən sonra Elçin daha bir qadını ofisiant adı ilə kafeyə işə götürsə də, həmin qadını da müştərilərə satıb.

Hüquq-mühafizə orqanları məlumat əsasında kafedə əməliyyat keçirərkən hər iki ofisiantı müştərilərlə cinsi əlaqədə olarkən tutub.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə E.Aslanov 2500 manat cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO