"Koroğlu körpüsü"ndə TƏHLÜKƏLİ vəziyyət yaranıb? - VİDEO

"Koroğlu körpüsü"ndə TƏHLÜKƏLİ vəziyyət yaranıb? - VİDEO

Hazırda oxunan: "Koroğlu körpüsü"ndə TƏHLÜKƏLİ vəziyyət yaranıb? - VİDEO

257613

Bakının əsas körpülərindən birində təhlükəli vəziyyət yarandığı iddia olunur.

Bizim.Media xəbər verir ki, buna səbəb "Koroğlu körpüsü" kimi tanınan körpünün kənarında görünən çatlar olub.

Çatlar körpünün hər an uça biləcəyi təsəvvürünü yaradır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli oxu.az-a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

"Bu, çat deyil. Körpünün konstruksiyasının birləşən hissəsidir, yəni aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (temperatur şovu). Belə olmalıdır", - deyə A.Nəcəfli vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO