Fransa polisinin əməlləri İFŞA EDİLDİ – Mülki şəxslərin ölümünə səbəb olublar

Fransa polisinin əməlləri İFŞA EDİLDİ – Mülki şəxslərin ölümünə səbəb olublar

Hazırda oxunan: Fransa polisinin əməlləri İFŞA EDİLDİ – Mülki şəxslərin ölümünə səbəb olublar

257417

BMT İnsan hüquqları Ali Komissarlığının ofisində İşgəncələrə Qarşı Komitəsində Fransa ilə bağlı toplantısında ölkədə polis zorakılığı ilə bağlı məsələ qaldırılıb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, komitənin Fransa üzrə həmməruzəçisi və ekspert Xorxe Kontesse (Jorge Contesse) qeyd edib ki, yol hərəkəti qaydalarına nəzarətin həyata keçirilməsi və etiraz aksiyaları zamanı Fransa polisi tərəfindən həddindən artıq güc tətbiq edilməsi bəzi hallarda mülki şəxslərin ciddi xəsarət almasına, hətta ölüm hallarına səbəb olub:
 

“2017-ci ildə qəbul edilmiş və polis əməkdaşlarına ciddi təhlükə törədilməsi ehtimalı olan mülki şəxslərə qarşı atəş açmağa icazə verən qanunun həmin ildən etibarən polis müdaxilələri nəticəsində baş verən ölüm hallarının artmasına səbəb olub”.


Fransanı təmsil edən nümayəndə heyətinin üzvləri bildiriblər ki, məhkəmələr zorakılığın həddindən artıq tətbiq olunması hallarında müvafiq cəzalar, o cümlədən həbs cəzaları tətbiq edib.

“2021-ci ildə həddindən artıq güc tətbiq edilməsi ilə bağlı 350 hal qeydə alınıb”, - toplantıda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO