Yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bağlı DƏYİŞİLİK - RƏSMİ

Yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bağlı DƏYİŞİLİK - RƏSMİ

Hazırda oxunan: Yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bağlı DƏYİŞİLİK - RƏSMİ

257281

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakının asanlaşdırılmasına dair layihə qəbul edilib.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.


Qüvvədə olan qanuna əsasən, seçki zamanı partiyaların, seçki bloklarının səlahiyyətli nümayəndələrinin siyahısında hər bir səlahiyyətli nümayəndənin şəxsiyyət vəsiqəsinin verilmə tarixi də göstərilməlidir. Sənədlərdə şəxsiyyət vəsiqəsinin verilmə tarixinin göstərilməsi tələbi seçkidə namizədlərə, referendum üzrə təşəbbüs qrupunun üzvlərinə, vəkil edilmiş şəxslərə və digərlərinə də şamil olunub.

 

Ancaq təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq vəsiqənin verilmə tarixi deyil etibarlılıq müddəti göstərilir.

 

Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranıb. Bundan sonra seçki prosesində iştirak edəcək yeni nəsil şəxsiyyət vəsiqə sahiblərinin məlumatlarında şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi ilə yanaşı etibarlılıq müddəti də qeyd olunacaq.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Firuzə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO