Ucar rayonunda “KamAZ” aşdı - Sürücü xəsarət aldı

Ucar rayonunda “KamAZ” aşdı - Sürücü xəsarət aldı

Hazırda oxunan: Ucar rayonunda “KamAZ” aşdı - Sürücü xəsarət aldı

257170

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı–Qazax əsas magistral yolunun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Murad İslam oğlu Mustafayevin idarə etdiyi, mişar daşı ilə yüklənmiş “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq aşıb.
 

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın baş verdiyi yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Aidiyyəti qurumların müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO