Yeni Yasamalda yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Yeni Yasamalda yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Yeni Yasamalda yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

25695

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olub.

Bizim.Media FHN-ə istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq  söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Yeni Yasamal "Akkord" yaşayış kompleksində mənzil yanır.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogüntütlər paylaşılıb.

Bildirilir ki, yanğınöndürənlər gəlsə də xeyli müddətdir binanın girişinə daxil ola bilmirlər. Mənzildə sakinlərin olub-olmaması ilə bağlı məlumat yoxdur. 

Həmin görüntüləti təqdim edirik.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO