Bəzi bürclər var ki, onlar evlənən kimi ətrafdakılar ürəklərində eyni cümləni deyirlər: “Bunlar axırda boşanacaq!”
Əlbəttə, hər bürcdə sadiq və münasibətlərinə dəyər verən insanlar olur. Lakin bu 4 bürc üçün ümumi statistikalara nəzər saldıqda, sabitlik və uzunömürlü münasibətlər onların ulduz xəritəsində çox da parlaq görünmür.
Bizim.Media Türkiyə mətbuatına istinadla evlənsələr də, boşanacaqları gözlənilən 4 bürcü təqdim edir:
Əkizlər (21 may – 21 iyun)
Əkizlər bürcü “hə” desə də, içində hər zaman gizli bir “qaçış planı” hazır olur. Hissləri tez-tez dəyişir. Flört etməyə meyilli təbiəti və tez darıxması ilə ətrafdakılara “bu evlilik çox getməz” dedirdir.
Oxatan (23 noyabr – 21 dekabr)
Azad ruhlu Oxatan üçün evlilik bəzən biləyinə taxılmış qandal kimi hiss edilə bilər. Macəra axtarışı və məsuliyyətdən qaçması ilə tanınan bu bürc ən kiçik mübahisədə belə çamadanını yığmağa hazır olur.
Qoç (21 mart – 20 aprel)
Ani qərarlarla yaşayan Qoç bürcü bir anın içində evlənməyə, növbəti an isə boşanmağa qərar verə bilər. Münasibətlərdə səbrsiz, bəzən eqoist davranışları ilə “bu insanla eyni evdə yaşamaq çətindir” dedirdir. Qoçla evlilik cəsarət tələb edir, amma sonu nadir hallarda xoş olur.
Dolça (21 yanvar – 19 fevral)
Soyuqqanlı Dolçalar üçün evlilik şəxsi azadlıqlarına təhdid kimi görünə bilər. Partnyoruna daim “mənim sərhədlərimə toxunma” mesajı verən bu bürc zamanla münasibətinə görünməz divarlar hörür. (musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:36 / 27.06.2025
Evlənsələr də, mütləq boşanacaqları gözlənilən 4 BÜRC
Hazırda oxunan: Evlənsələr də, mütləq boşanacaqları gözlənilən 4 BÜRC
Hazırda oxunan: Evlənsələr də, mütləq boşanacaqları gözlənilən 4 BÜRC
256932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.