"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Bu barədə Bizim.Media-ya FHN Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.
Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, dünən axşam saatlarında C.Cabbarlı adına Kinostudiyanın həyətində partlayış baş verib.
Məlumata görə, film çəkilişi üçün istifadə olunan protexnik vasitələr partlayıb və nəticədə yanğın baş verib. Yanğın qısa zamanda söndürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:46 / 27.06.2025
Dünənki güclü partlayışda ölən olub? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Dünənki güclü partlayışda ölən olub? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Dünənki güclü partlayışda ölən olub? - RƏSMİ AÇIQLAMA
256871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.