Bakıda bu üç rayonda qəzalı binalar SÖKÜLƏCƏK

Bakıda bu üç rayonda qəzalı binalar SÖKÜLƏCƏK

Hazırda oxunan: Bakıda bu üç rayonda qəzalı binalar SÖKÜLƏCƏK

256592

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. Söküntü prosesinin həyata keçirilməsi üçün təhlil və texniki sənədlərin hazırlanması üzrə podratçı təşkilat artıq müəyyən edilib.

Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə "Archico Project" MMC arasında müqavilə imzalanıb.

Şirkət seçilmiş ünvanlarda söküntü işlərinin planlaşdırılması, texniki əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasını həyata keçirəcək.

Söküntü işlərinin nəzərdə tutulduğu təqribi ünvanlar bunlardır:

Suraxanı rayonu – Xanlar Ələkbərov küçəsi ev 87,

Binəqədi rayonu - Ağa Nemətulla küçəsi, ev 13 və Dəmiryol küçəsi, ev 19.

Sabunçu rayonu – Babək küçəsi ev 23, M.Frunze küçəsi ev 16, 6-cı Mədən küçəsi ev 38, Məmmədəliyev küçəsi ev 32,


Bu proseslər paytaxtda yaşayış təhlükəsizliyinin artırılması və köhnəlmiş tikililərin yenilənməsi məqsədilə həyata keçirilən genişmiqyaslı proqram çərçivəsində aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO