“Beşiktaş” ingiltərəli hücumçunu transfer etmək İSTƏYİR

“Beşiktaş” ingiltərəli hücumçunu transfer etmək İSTƏYİR

Hazırda oxunan: “Beşiktaş” ingiltərəli hücumçunu transfer etmək İSTƏYİR

256441

"Roma"nın hücumçusu Temmi Abraham karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Beşiktaş" ingiltərəli futbolçunu transfer etmək istəyir.

İstanbul klubu yaxın zamanda Abraham üçün "Roma" ilə danışıqlara başlamağı planlaşdırır. İtalyanlar yüksək maaşı olan 27 yaşlı forvardı satmağa hazırdır.

Qeyd edək ki, "Roma" Temmi Abrahamı 2021-ci ilin yayında "Çelsi"dən 41 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm icarə əsasında "Milan"da çıxxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO