70 abituriyent Xoreoqrafiya üzrə qabiliyyət imtahanı verib - FOTO

70 abituriyent Xoreoqrafiya üzrə qabiliyyət imtahanı verib - FOTO

Hazırda oxunan: 70 abituriyent Xoreoqrafiya üzrə qabiliyyət imtahanı verib - FOTO

256404

Bu gün 189-190 nömrəli tam orta məktəbdə xoreoqrafiya üzrə qabiliyyət imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) xüsusi növ imtahanların təşkili və idarə edilməsi sektorunun əməkdaşı Günel Qulamova Bizim.Media-ya açıqlamasında bildirib ki, gün ərzində 70 abituriyentin imtahanda iştirak etməsi nəzərdə tutulub.

"Xoreoqrafiya ixtisası üzrə qəbul olmaq istəyən abituriyentlər buraxılış imtahanından minimum 30 bal toplayaraq qabiliyyət imtahanlarında iştirak edə bilirlər. İmtahanlar xoreoqrafiya sənətinin müxtəlif növləri üzrə keçirilir. Abituriyentlər milli, modern rəqs, baletmeyestr üzrə hazırladıqları rəqsləri təqdim edirlər və nəzəri sualları cavablandıraraq qiymət alırlar. Bu ixtisas üzrə qiymətləndirmə 10 ballıq şkala ilə aparılır. Ekspertlər meyarlar əsasında abituriyentləri qiymətləndirirlər".

Qeyd edək ki, teatr kino və xoreoqrafiya istiqaməti üzrə imtahanlar iyunun 23-dən başlayıb. Bu istiqamətə aid 18 komissiya üzrə 1649 nəfərin imtahan verməsi nəzərdə tutulur. İmtahanlar Bakı şəhərində 189-190 nömrəli tam orta məktəbdə və Naxçıvanda keçirilir.


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO