Tovuzda ağır qəza: 6 nəfər xəsarət aldı

Tovuzda ağır qəza: 6 nəfər xəsarət aldı

Hazırda oxunan: Tovuzda ağır qəza: 6 nəfər xəsarət aldı

256329

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2017” ilə “OPEL” markalı minik avtomobilləri toqquşub. 

Qəza zamanı 1-i azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal yardım edilib,vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 2006-cı il təvəllüdlü B.Huseynov,1982-ci il təvəllüdlü A.Əliyev, 1978-ci il təvəllüdlü E.Ələsgərov, 2006-cı il təvəllüdlü R.Qasımov, 2009-cu il təvəllüdlü H.Abdullayev və 2020-cı il təvəllüdlü R.Rüstəmovdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO