Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

Hazırda oxunan: Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

256309

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinin məhv edilməsindən sonra həyata keçirdiyi cavab zərbələri “çox zəif” və “gözlənilən” olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasındakı səhifəsində paylaşım edib.
 

Onun sözlərinə görə, Amerika hədəflərinə ümumilikdə 14 raket atılıb: onların 13-ü tutulub, biri isə təhlükəsiz istiqamətə yönəlib.


“Məmnuniyyətlə bildirirəm ki, heç bir amerikalı xəsarət almayıb və demək olar ki, heç bir hərbi bazaya ziyan dəyməyib,” — deyə Tramp qeyd edib.

Prezident, həmçinin İranın “öncədən verdiyi xəbərdarlığa” görə təşəkkür edib ki, bu da itkilərin qarşısını almağa imkan verib: “Ümid edirəm ki, bu, hər şeyin sonu olacaq və daha nifrət olmayacaq”.

Bundan başqa, Tramp qeyd edib ki, İranın regionda sülh və harmoniya yolunu tutacağına ümid edir və İsraili də bu istiqamətdə mümkün qədər təşviq edəcəyinə vəd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO