Elarizin qızı məhkəməyə ÇAĞIRILDI

Elarizin qızı məhkəməyə ÇAĞIRILDI

Hazırda oxunan: Elarizin qızı məhkəməyə ÇAĞIRILDI

256243

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bugünkü iclasda sənədlərin tədqiqi mərhələsi başlayıb.

Bundan əvvəl ittiham tərəfinin bütün şahidləri dindirilib. Bu gün müdafiə tərəfi əlavə vəsatətlər verib.

Vəsatətlərdən biri də Nizami Alışanın həyat yoldaşı Günelin məhkəmədə dindirilməsi ilə bağlıdır. Vəkil Samir İsayev onun əlavə şahid kimi dindirilməsini istəyib. 
 

Məhkəmə bu vəsatəti təmin edib. Gələn iclasda müğənni Elariz Məmmədoğlunun qızı Günel məhkəməyə gələcək. Şahid həyat yoldaşının saxlanıldığı günü dəqiqləşdirmək üçün dindiriləcək. İş materiallarında yazılanlara əsasən, Nizami 48 saatdan artıq şübhəli şəxs qismində saxlanılıb.


Bundan əlavə, zərərçəkmiş Babək Məmmədzadə də əlavə suallara aydınlıq gətirilməsi üçün yenidən məhkəməyə çağırılıb.

Şahidlərin iştirakını təmin etmək məqsədilə proses 30 iyuna kimi təxirə salınıb.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO