İki bacının öldüyü qəzada yaralananların şəxsiyyəti AÇIQLANDI - FOTO

İki bacının öldüyü qəzada yaralananların şəxsiyyəti AÇIQLANDI - FOTO

Hazırda oxunan: İki bacının öldüyü qəzada yaralananların şəxsiyyəti AÇIQLANDI - FOTO

256190

Xəbər verdiyimiz kimi, iyunun 22-si axşam saatlarında Bakı-Quba yolunun Quba rayonunun Birinci Nügədi kəndi ərazisindən keçən hissəsində qəza olub. "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Həlak olanlar 1972-ci il təvəllüdlü Ədalət Tofiq qızı Baxışova və onun bacısı 1974-cü il təvəllüdlü Validə Tofiq qızı Dənyarovadır.

Bizim.Media xəbər verir ki, qəzada xəsarət alanların adları bəlli olub.

Bunlar Taleh Sərkərov və Rahim Baxışovdir. Hər iki şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən bildirib ki, Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq 2 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

1970-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, qarının küt travması diaqnozu təyin edilib və Reanimasiya şöbəsinə yerləşdirilib.
 

1995-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün yuxarı 3/1 hissəsinin yerdəyişmiş sınığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərildikdən sonra Travmatologiya şöbəsinə qəbul olunub.


Həmçinin hadisə zamanı iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO