Bill Klinton: “Netanyahu hakimiyyətdə qalmaq üçün İranla müharibəyə can atır” – VİDEO

Bill Klinton: “Netanyahu hakimiyyətdə qalmaq üçün İranla müharibəyə can atır” – VİDEO

Hazırda oxunan: Bill Klinton: “Netanyahu hakimiyyətdə qalmaq üçün İranla müharibəyə can atır” – VİDEO

255864

“Benyamin Netanyahu İranla müharibəyə can atır, çünki o, bunun öz hakimiyyətini qorumaq üçün bir yol olduğuna inanır”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti Bill Klinton bildirib.
 

Lakin Klinton hesab edir ki, nə Netanyahu, nə də sabiq prezident Donald Tramp bölgədə genişmiqyaslı fəlakətə səbəb olacaq müharibə istəmir.


Klinton Trampı vəziyyəti sakitləşdirməyə və "mülki vətəndaşların fasiləsiz şəkildə öldürülməsinə" son qoymağa çağırıb. Onun sözlərinə görə, Tramp və Netanyahu bir məsələdə eyni fikirdədirlər: onlar Fələstin dövlətinin yaradılmasını istəmirlər.

“Əvvəla, onlar Yaxın Şərqdə sülh danışıqlarından bəhs etmirlər, çünki Baş nazir Netanyahunun rəhbərliyi altında israillilər fələstinlilərə dövlət vermək niyyətində deyillər. Hazırda isə fələstinlilər bu məqsədə çatmaq üçün kifayət qədər təşkilatlanmamış, bölünmüş və əzilmiş vəziyyətdədirlər,” – deyə Klinton vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO