Pakistan Trampın Nobel Sülh Mükafatına namizədliyini İRƏLİ SÜRDÜ

Pakistan Trampın Nobel Sülh Mükafatına namizədliyini İRƏLİ SÜRDÜ

Hazırda oxunan: Pakistan Trampın Nobel Sülh Mükafatına namizədliyini İRƏLİ SÜRDÜ

255858

Pakistan Hindistanla son böhranda "diplomatik rolu və liderliyinə" görə ABŞ prezidenti Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə yazılı açıqlama verən Pakistan Baş nazirliyi, Hindistan və Pakistan arasında artan gərginlikdə Trampın vasitəçilik rolunun nüvə enerjisi olan iki ölkə arasında genişmiqyaslı qarşıdurmanın qarşısını aldığını bildirib.
 

“Tramp həm İslamabad, həm də Yeni Dehli ilə intensiv diplomatik əlaqələri sayəsində qısa müddətdə atəşkəs əldə etməyi mümkün etdi və milyonlarla insana təsir edə biləcək dağıdıcı münaqişənin qarşısını aldı”, - deyə açıqlamada qeyd olunub.


Digər tərəfdən, bəyanatda Trampın Hindistan-Pakistan böhranındakı liderliyinin “praqmatik diplomatiyanın və effektiv sülh quruculuğunun davamı” olduğu vurğulanıb və Trampın Yaxın Şərqdə Qəzzada baş verən münaqişədə qlobal sabitlik üçün konstruktiv rol oynamağa davam edəcəyinə ümid edildiyi vurğulanıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO