İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, əgər ABŞ İsrailin başladığı hərbi əməliyyatlara qoşularsa, Tehran Yaxın Şərqdə yerləşən Amerika hərbi qüvvələrinə qarşı cavab zərbələri endirməyə hazır olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə o, NBC News telekanalına verdiyi müsahibədə danışıb.
“Əgər müharibə gedirsə, tərəflər bir-birinə zərbə endirir. Bu, tamamilə aydındır. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur,” – deyə Əraqçi bildirib.
O, İrana qarşı mümkün hərbi müdaxilələrə cavab olaraq regionda yerləşən ABŞ qüvvələrinin də hədəf ola biləcəyini açıq şəkildə ifadə edib.
İranın XİN rəhbəri əlavə edib ki, ABŞ prezidenti Donald Tramp istəsəydi, bircə telefon zəngi ilə İsraili İrana qarşı hücumları dayandırmağa razı sala bilərdi.
“Vaşinqtondan Təl-Əvivə ediləcək bircə telefon zəngi bu gərginliyi dayandırmağa kifayət edər,” – deyə Əraqçi vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, Vaşinqton Tehrana nüvə proqramı ətrafında yaranan gərginliyin diplomatik yolla həlli üçün maksimum iki həftə vaxt verir. Əks halda, ABŞ İranla bağlı hərbi variantları istisna etməyəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:06 / 21.06.2025
Əraqçi: “Trampın bir zəngi kifayətdir”
Hazırda oxunan: Əraqçi: “Trampın bir zəngi kifayətdir”
Hazırda oxunan: Əraqçi: “Trampın bir zəngi kifayətdir”
255850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.