Komitə sədri:

Komitə sədri: "Artıq Azərbaycandan xaricdəki terrorçu qruplara qoşulanlar yoxdur"

Hazırda oxunan: Komitə sədri: "Artıq Azərbaycandan xaricdəki terrorçu qruplara qoşulanlar yoxdur"

25582

"Artıq Azərbaycan vətəndaşlarından xaricdəki terrorçu qruplara qoşulanlar demək olar ki yoxdur".

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son zamanlar belə hallar qeydə alınmayıb:

"Əvvəllər bu kimi faktlar olurdu. Hüquq-mühafizə orqanlarının apardığı profilaktik, o cümlədən ideoloji təbliğat və mətbuatın gördüyü işlərin nəticəsi bunun qarşısını almaqda mühüm rol oynayıb".

Dövlət Komitəsinin sədri bildirib ki, əvvəllər xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunub:

"Həmin şəxslərin ailə üzvlərinin bir qismi Azərbaycana gətirilsə də, hazırda orada qalan qadın və uşaqlar var. Hazırda ölkəmizdə xüsusi reabilitasiya mərkəzi yaradılıb. Həmin reabilitasiya mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də ölkəmizə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edir. Burada dəqiq rəqəmləri deyə bilmərəm, amma Azərbaycanda az sayda bu cür hallar var idi. Ümumiyyətlə əvvəlki illərdə də İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak edən xarici vətəndaşlar siyahısında azərbaycanlılar çox aşağı yerdə idi. Azərbaycandan gedənlərin sayı başqa ölkələrdən gedənlərin sayı ilə müqayisədə çox az idi. Bizim ölkənin adı bəzən heç statistikaya aid edilmirdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO