Tibbi maska ilə kamuflyaj olunaraq quldurluq etdi – VİDEO

Tibbi maska ilə kamuflyaj olunaraq quldurluq etdi – VİDEO

Hazırda oxunan: Tibbi maska ilə kamuflyaj olunaraq quldurluq etdi – VİDEO

255775

Bakının Nizami rayonunda tibbi maska ilə kamuflyaj olunaraq quldurluq edən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, paytaxtın Nizami rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Naməlum şəxs üzünü gizlətmək üçün tibbi maska ilə kamuflyaj olunaraq əvvəlcə vətəndaşların birini təqib edib və onun bankomatda pul vəsaitini nağdlaşdırmasını gözləyib. Daha sonra insanların sıx olmadığı bir ərazidə ona yaxınlaşaraq fiziki güc tətbiq edib və zərərçəkənə məxsus mobil telefon, içərisində 745 manat nağd pul, bank kartı, şəxsiyyət vəsiqəsi olan cüzdanı ələ keçirib.
 

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Ramin Tağıyev saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO