Radiasiya varsa ağrıkəsici, qəbul etmək olmaz? – İddialara CAVAB

Radiasiya varsa ağrıkəsici, qəbul etmək olmaz? – İddialara CAVAB

Hazırda oxunan: Radiasiya varsa ağrıkəsici, qəbul etmək olmaz? – İddialara CAVAB

255750

İran və İsrail arasında davam edən münaqişə fonunda sosial şəbəkələrdə müxtəlif şayiələr və dezinformasiyalar yayılmaqdadır. Bu iddialardan biri də radiasiya ilə bağlıdır. Belə ki, bəzi sosial media istifadəçiləri İrandakı radiasiyanın Azərbaycana təsir etdiyini, bu səbəbdən xüsusilə ağrıkəsicilərdən istifadə edilməməli olduğunu iddia edirlər.

Maraqlıdır, bu fikirlərin elmi əsası varmı?

Bizim.Media məsələ ilə bağlı həkim-terapevt Rasif Bağırovun fikirlərini öyrənib. Həkim bildirib ki, bu iddiaların heç bir tibbi və elmi əsası yoxdur.

“Ağrıkəsici dərmanların qan dövranına təsir etməsi ilə bağlı belə fikirlər yayılır. Amma radiasiya yalnız qana deyil, ümumilikdə bədənə təsir edir. Bu baxımdan, radiasiyanın ağrıkəsicilərlə birbaşa əlaqələndirilməsi tamamilə əsassızdır,” – deyə həkim qeyd edib.

Radiasiya təsiri varsa, bu necə müəyyən edilir? – sualına cavab olaraq həkim bildirib:
 

“Əgər haradasa radiasiya sızıntısı və ya sahələrinin zədələnməsi baş veribsə, bunun təsir radiusu mütəxəssislər tərəfindən ölçülür, həmin ərazidə təxliyə və təhlükəsizlik tədbirləri həyata keçirilir. Belə bir vəziyyətdə ilk olaraq həmin ərazi boşaldılır və ətraf ölkələrə təsiri mümkün olduğu halda rəsmi qurumlar tərəfindən məlumat verilir”.


O, əlavə edib ki, zənginləşdirilmiş uran sahələrində qəza olsa belə, yayılacaq radiasiya nəzarətsiz və böyük miqyasda yayılmır, atom bombası səviyyəsində yayılma ehtimalı isə çox aşağıdır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO