Bakıda 36 yaşlı kişi tanışı tərəfindən öldürüldü

Bakıda 36 yaşlı kişi tanışı tərəfindən öldürüldü

Hazırda oxunan: Bakıda 36 yaşlı kişi tanışı tərəfindən öldürüldü

25574

İyunun 20-i saat 18 radələrində Binəqədi rayon ərazisində 1985-ci il təvəllüdlü Ramil Orucluya məxsus meyitin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Bizim.Media-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO