Bərk istilər zamanı paltarları çöldə qurutmaq olmaz - SƏBƏB

Bərk istilər zamanı paltarları çöldə qurutmaq olmaz - SƏBƏB

Hazırda oxunan: Bərk istilər zamanı paltarları çöldə qurutmaq olmaz - SƏBƏB

255701

Alimlər yay istisində paltarların açıq havada qurudulmasının sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, bu vərdiş xüsusilə 32° C-dən yuxarı temperaturda və havadakı tozcuq (polen) miqdarı yüksək olan günlərdə insanların səhhəti üçün risklidir.

Ekspert Naycel Birmanın sözlərinə görə, nəm paltar poleni özünə hopdurar və onu yataq dəstlərinə, geyimlərimizə və dərimizə daşıya bilər. Bu isə allergiyası olanlar, xüsusilə də çiçək tozuna qarşı həssas insanlar üçün qaşınma, burun tutulması və göz sulanması kimi simptomlara səbəb ola bilər.
 

Alimlər belə günlərdə paltarların evdə, yaxşı havalandırılan şəraitdə qurudulmasını tövsiyə edirlər.


Bununla belə, qeyd edilib ki, çöldə qurudulan paltarlar daha xoş qoxulu olur. Bu, günəş işığı nəticəsində parçaların üzərində yaranan təbii maddələrlə - məsələn, bitki mənşəli aldehidlər və ketonlarla bağlıdır. Bu birləşmələr paltarlara sitrus, qızılgül və ya ədviyyat ətirləri verə bilər. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO