Daşkəsəndə yük maşınından qum boşaldan sürücü faciəli şəkildə həyatını itirdi

Daşkəsəndə yük maşınından qum boşaldan sürücü faciəli şəkildə həyatını itirdi

Hazırda oxunan: Daşkəsəndə yük maşınından qum boşaldan sürücü faciəli şəkildə həyatını itirdi

255490

Daşkəsəndə 63 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü rayon sakini E. Əhmədov idarə etdiyi yük maşınından qum boşaltmaq üçün arxa kuzanı qaldırıb.

Bu zaman ehtiyatsızlıqdan qoşqu ona dəyib. Zərbədən E. Əhmədov yerə yıxılıb və yük yerində olan qum onun üzərinə tökülüb. Qumun altında qalan sürücü dünyasını dəyişib.

Hadisə baş verən yerə Daşkəsən rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO