İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei İsraillə hərbi münaqişənin yeni mərhələsinin başladığını elan edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə "X"dəki rəsmi hesabında bildirib.
Xamenei İsrailə güclü cavab verməli olduqlarını və onlara heç bir mərhəmət göstərməyəcəklərini bildirib.
“Sionislərə mərhəmət göstərməyəcəyik”, - deyə Xamenei qeyd edib.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edib. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.
Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu cavab əməliyyatının başladığını elan edib və İsraili raket zərbələri ilə vurub.
Bizim.Media