İrandan İsrailə növbəti raket hücumu – ANBAAN VİDEO

İrandan İsrailə növbəti raket hücumu – ANBAAN VİDEO

Hazırda oxunan: İrandan İsrailə növbəti raket hücumu – ANBAAN VİDEO

255291

Gecə saatlarında İrandan İsrailə çoxsaylı raketlər göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qeyd edilir ki, bir çox şəhərlərdə sirenalar səsləniB. Məlumata görə, hədəflər Təl-Əviv, Hayfa və Qaliley şəhərləridir.

İnsanlardan sığınacaqlarda qalmaları tələb olunub.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO