Türkiyə futbolçuları Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNİB

Türkiyə futbolçuları Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNİB

Hazırda oxunan: Türkiyə futbolçuları Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNİB

25526

Bakının Olimpiya Stadionunda İsveçrə və Türkiyə yığmaları arasında baş tutan matçın ikinci hissəsi də sona çatıb.

Bizim.Media xəbər verir ki, Türkiyə millisi 1-3 hesabı ilə İsveçrə yığmasına uduzaraq Avropa çempionatı ilə vidalaşıb.

Qrupda isə növbəti mərhələyə İtaliya və Uels çıxıb.

***

Bakının Olimpiya Stadionunda İsveçrə və Türkiyə yığmaları arasında ikinci hissə keçirilir.

Bizim.Media xəbər verir ki, matçın 68-ci dəqiqəsində isveçrəli futbolçu Türkiyə millisinin qapısına 3-cü qol vurub.

Hazırda hesab 3-1 İsveçrənin xeyrinədir.

***

Bakının Olimpiya Stadionunda İsveçrə və Türkiyə yığmaları arasında ikinci hissə keçirilir.

Bizim.Media xəbər verir ki, matçın 62-ci dəqiqəsində türkiyəli futbolçu gözəl zərbə ilə İsveçrənin qapısına qol vurub.

Hazırda hesab 2-1 İsveçrənin xeyrinədir.

***

İsveçrə yığması oyunun 26-cı dəqiqəsində Türkiyə millisinin qapısına ikinci top vurub. Hazırda hesab 2-0 İsveçrənin xeyrinədir.

***

İsveçrə yığması oyunun 6-cı dəqiqəsində Türkiyə millisinin qapısına top vurub. Hazırda hesab 1-0 İsveçrənin xeyrinədir.

***

Futbol üzrə Türkiyə və İsveçrə yığmalarının oyununa Bakı vaxtı ilə 20:00-da start verilib.

Bir az öncə isə Bakı Olimpiya Stadionunda keçiriləcək qrupun son matçı öncəsi açılış mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, tədbirdə arenada keçirilən əvvəlki iki matçda olduğu kimi, Bakını əks etdirən və üzərində Avropa çempionatının kuboku olan böyük plakat meydanın mərkəzində açılıb, həmçinin Türkiyə və İsveçrə yığmasının forması dalğalanıb.

***

İsveçrə və Türkiyə yığmaları arasında Bakıda keçiriləcək AVRO-2020-nin A qrupunun III tur matçı üçün start heyətləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 14. Stiven Tsuber, 23. Cerdan Şakiri

Ehtiyat oyunçular: 12. İvon Mvoqo, 21. Yonas Omlin, 2. Kevin Mbabu, 13. Loris Benito, 6. Denis Zakariya, 11. Ruben Varqas, 15. Cibril Sou, 16. Kristian Fassnaxt, 17. Loris Benito, 18. Admir Mehmedi, 19. Mario Qavranoviç, 22. Fabian Şer, 25. Eray Cömert

Baş məşqçi: Vladimir Petkoviç

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür

Ehtiyat oyunçular: 1. Mert Günok, 12. Altay Bayındır, 5. Okay Yokuşlu, 8. Dorukhan Toköz, 9. Kenan Karaman, 11. yusuf Yazıcı, 14. Taylan Antalyalı, 15. Ozan Kabak, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 26. Halil Dervişoğlu

Baş məşqçi: Şenol Güneş

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO