İçərişəhərdəki tarixi otel satışa çıxarıldı – FOTO

İçərişəhərdəki tarixi otel satışa çıxarıldı – FOTO

Hazırda oxunan: İçərişəhərdəki tarixi otel satışa çıxarıldı – FOTO

255213

Bakının mərkəzində, "İçərişəhər" Dövlət Qoruğunun ərazisində, "Səbail" rayonu ərazisində yerləşən və tarixi atmosferi ilə seçilən 900 kvadratmetr sahəyə malik bina satışa çıxarılıb. Hazırda otel kimi fəaliyyət göstərən bina uzunmüddətli rəsmi icarə müqaviləsinə malikdir.

Bizim.Media “Valyuta.az”a istinadla xəbər verir ki, əmlakın satış qiyməti 9 000 000 manat təşkil edir.

Avropa standartlarına uyğun təmir olunmuş bu obyekt dəniz mənzərəsi və tarixi memarlığı ilə həm yerli, həm də xarici turistlər üçün cəlbedici məkandır. "İçərişəhər" metro stansiyasının yaxınlığında yerləşən bina nəqliyyat əlçatanlığı ilə seçilir.

Tarixi və mədəni baxımdan əhəmiyyət daşıyan bina dövlət qoruması altında olan ərazidə yerləşir. Bu faktor onun investisiya dəyərini artırır və biznes məqsədli alıcılar üçün xüsusi əhəmiyyət kəsb edir.
 

Satışa çıxarılan obyekt prestijli biznes sahibləri və turizm sektoruna investisiya qoymaq istəyən şəxslər üçün nadir fürsət hesab olunur. Müasir infrastruktur, yüksək gəlir potensialı və hüquqi baxımdan şəffaflıq təmin edən "çıxarış" (kupça) sənədi bu əmlakı daha da cəlbedici edir.


Maraqlanan şəxslər ətraflı məlumat üçün 050 555 15 25 nömrəsi ilə əlaqə saxlaya bilərlər.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO