İsrail qırıcıları Türkiyənin hava məkanını pozdu

İsrail qırıcıları Türkiyənin hava məkanını pozdu

Hazırda oxunan: İsrail qırıcıları Türkiyənin hava məkanını pozdu

255126

İsrail qırıcıları İrana hücumların başladığı ilk gün, yəni 13 iyunda Türkiyənin hava məkanını pozub.

Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli jurnalist Hande Fırat “Hürriyet” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, bəzi İsrail qırıcıları Türkiyə hava məkanını pozduqdan dərhal sonra Türkiyə “F-16” qırıcılarını havaya qaldırıb. İsrail pilotlarına dərhal xəbərdarlıq edilib və onlar Türkiyə ərazisini tərk ediblər.

Qeyd edək ki, İsrail İrana hücumlar zamanı Suriya və İraq hava məkanından istifadə edib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO