Rusiya Prezidenti Vladimir Putin bazar günü Moskvada vəfat edən Rusiya İctimai
Televiziyasının baş direktoru Anatoli Lısenkonun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Xatırladaq ki, televiziya jurnalisti, İctimai TV-nin baş direktoru Anatoli Lısenko 84 yaşında vəfat edib.
MÖVZU İLƏ BAĞLI:
Televiziya rəhbəri vəfat etdi – VİDEO
Lısenko Sovet və Rus televiziya xadimi, jurnalist, rejissor, prodüser, 2012-ci ildən Rusiya İctimai Televiziyasının baş direktoru, 2002-ci ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının Beynəlxalq İctimai Təşkilatının prezidentidir.
Rusiyanın əməkdar artisti, Rusiyanın əməkdar jurnalisti titulllarının sahibi, SSRİ Dövlət Mükafatının və Rusiya Hökuməti Mükafatlarının laureatıdır.
Bizim.Media