Ərdoğan Putin və Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Ərdoğan Putin və Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Hazırda oxunan: Ərdoğan Putin və Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

255017

İyunun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.

Ərdoğan Putinlə söhbətində İsrail ilə İran arasında münasibətlərin növbəti dəfə gərginləşməsi fonunda Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. O qeyd edib ki, İran problemini həll etməyin yeganə yolu diplomatiyadır.

Türkiyə lideri İran Prezidenti Məsud Pezeşkianla söhbətində ziddiyyətlərin tez bir zamanda aradan qaldırılmasına və İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasına töhfə verməyə hazır olduğunu bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO