Kaliforniyada ermənilərin soydaşlarımıza vurduğu ziyan ödənilib

Kaliforniyada ermənilərin soydaşlarımıza vurduğu ziyan ödənilib

Hazırda oxunan: Kaliforniyada ermənilərin soydaşlarımıza vurduğu ziyan ödənilib

2550

ABŞ-da yaşayan soydaşlarımıza dinc aksiya zamanı erməni millətçilərinin vurduğu ziyan ödənilib.

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Xatırladaq ki, Azərbaycanın Tovuz rayonunda Ermənistanın törətdiyi təxribatlara ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz edən soydaşlarımıza ermənilər bədən xəsarəti yetirmiş, onlara məxsus minik avtomobilləri, həmçinin müxtəlif şəxsi əşyaları yarasız hala salınmış, yaşadıqları mənzillərə ciddi ziyan dəymişdi.

Aksiya zamanı soydaşlarımıza dəyən 16 min ABŞ dolları məbləğində maddi ziyan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO