Ərdoğan və Putin İran məsələsini müzakirə etdilər

Ərdoğan və Putin İran məsələsini müzakirə etdilər

Hazırda oxunan: Ərdoğan və Putin İran məsələsini müzakirə etdilər

254990

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.
 

Rəsmi açıqlamaya görə, liderlər telefon söhbəti zamanı İranla İsrail arasında yaranmış son hərbi gərginliyi müzakirə ediblər.


Danışığın əsas mövzusu Yaxın Şərqdə artan böhran və regionda təhlükəsizliyə olan təhdidlər olub.

Qeyd edək ki, son günlərdə İran və İsrail arasında qarşılıqlı raket zərbələri və sərt bəyanatlar beynəlxalq narahatlığa səbəb olub və böyük dövlətlər regionda müharibənin qarşısını almaq üçün diplomatik təmaslarını artırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO