“Qarabağ” Kosta-Rika millisinin üzvü ilə danışıq aparır

“Qarabağ” Kosta-Rika millisinin üzvü ilə danışıq aparır

Hazırda oxunan: “Qarabağ” Kosta-Rika millisinin üzvü ilə danışıq aparır

254929

Kosta-Rika millisinin futbolçusu Dieqo Kamposun karyerasını Azərbaycanda davam etdirə biləcəyi iddia olunur.Bu haqda Kosta-Rikanın “La Nacion” nəşri məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, yerli mənbələr “Qarabağ”ın 29 yaşlı yarımmüdafiəçiyə maraq göstərdini və heyətinə qatmaq istədiyini yazıb.

Məlumata görə, artıq “Qarabağ” Dieqo Kamposa görə onun müqavilə ilə məxsus olduğu Kosta-Rika yüksək liqa təmsilçisi “LD Alaxuelense”yə təklif də irəli sürüb.

Hazırda tərəflərin danışıqlar apardığı da iddia olunub.
 

Millidə 3 oyun keçirən və 1 qol vuran Dieqo Kampos sol vinger mövqeyində çıxış edir. Hazırda “Qarabağ”da bu mövqedə Abdullah Zubir və Emmanuel Addai oynayır.


“Qarabağ”dan redaksiyamıza bildirilib ki, adıçəkilən legioner onların maraq dairəsinə daxil deyil.
Kosta-rikalı heç Azərbaycan çempionuna təklif edilən oyunçuların siyahısında yer almayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO