Goranboyda taksi sürücüsü DÖYÜLDÜ

Goranboyda taksi sürücüsü DÖYÜLDÜ

Hazırda oxunan: Goranboyda taksi sürücüsü DÖYÜLDÜ

254847

Goranboyda taksi fəaliyyəti ilə məşğul olan şəxs döyülüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində baş verib.

Quşçular kənd sakini,1985-ci il təvəllüdlü Davud Zeynalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
 

İlkin versiyaya görə, taksi sürücüsü olan D.Zeynalovun həmkəndlisi müştəri qismində onun avtomobilinə minib. Söhbət əsnasında sürücü sonradan onu ünvana aparmaqdan imtina edib. Bu zaman aralarında mübahisə yaranıb və nəticədə sürücü döyülüb.


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO