Almaniya Portuqaliyanı məğlub etdi

Almaniya Portuqaliyanı məğlub etdi

Hazırda oxunan: Almaniya Portuqaliyanı məğlub etdi

25450

Futbol üzrə Avropa çempionatının F qrupunda II turun növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün maraqla gözlənilən matçında son çempion Portuqaliya Almaniya ilə üz-üzə gəlib.

Münhendəki eyniadlı stadionda keçirilmiş qarşılaşma Bundestimin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 15-ci dəqiqədə açılıb. Kriştianu Ronaldu Portuqaliyanı önə keçirib. 35-ci və 39-cu dəqiqələrdə onun komanda yoldaşları Ruben Diaşla, Rafael Gerreyru avtoqol müəllifi olub. İlk hissə Almaniyanın 2:1 hesablı üstünlüyü ilə bitib.

51-ci dəqiqədə Kay Haverts, 60-cı dəqiqədə isə Robin Qosens fərqi daha da artırıb. 7 dəqiqə sonra Diequ Jota Portuqaliyanın ikinci qoluna imza atıb.

Bu nəticədən sonra F qrupuna 4 xalla Fransa başçılıq edir. Almaniya və Portuqaliya 3 xalla 2-3-cü yerləri bölüşdürür. Macarıstan isə 1 xalla sonuncudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO